Uşaq evində görüş keçirilib

Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri “Bir uşaq-bir ümid” layihəsi çərçivəsində Lənkəran şəhərindəki Osman Mirzəyev adına qarışıq tipli uşaq evində olublar. Uşaq evinin balaca sakinləri ilə görüşən Fondun nümayəndələri onlara müxtəlif hədiyyələr veriblər.  

 

Görüşdə çıxış  edənlər mənəvi dəyərlərimizin təbliği, uşaqların sağlam və parlaq gələcəyi, ölkəmizdə onların sağlam böyümələri üçün həyata keçirilən tədbirlərdən  söz açıblar.

 

Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Bir uşaq-bir ümid” layihəsi çərçivəsində ölkəmizdə yerləşən uşaq evlərinin ziyarət edilməsi və uşaqlara müxtəlif hədiyyələrin təqdim edilməsi nəzərdə tutulur.

 

Sifai SƏFƏROVA

 



02.07.2019 | 16:22