“Uşaqlar sevinsin deyə...” adlı xeyriyyə sərgisi

Sumqayıt Dövlət Rəsm Qalereyasında “Çarə Sizsiniz” könüllü gənclər komandasının təşkilatçılığı ilə “Uşaqlar sevinsin deyə...” adlı xeyriyyə sərgisi keçirilib.

 

Sərgi-auksionda gənc rəssam Aygün İlyasovanın 25 yetirməsinin 27  rəsm əsəri təqdim olunub və satışa çıxarılıb. Satışdan əldə olunan vəsait valideyn himayəsindən məhrum uşaqlar və daun sindromlu uşaqlar üçün xərclənəcəyi nəzərdə tutulub.

 

“Çarə Sizsiniz” könüllü gənclər komandasının rəhbəri Nur Ülviyyə Həsrətova  bildirib ki, bu gün burada öz əl işləri ilə iştirak edən uşaqlar çox şanslıdırlar. Çünki onlar bu cür ali prinsiplər ətrafında birləşərək mərhəmət nümayiş etdirirlər.

 

 

Sifai SƏFƏROVA  

 



02.07.2019 | 18:34