Tələbələrin yay təcrübəsi keçmələri məqsədilə test imtahanı təşkil olunub

UNEC Karyera Mərkəzinin və Norm MMC Şirkətinin birgə təşkilatçılığı ilə tələbələrin şirkətdə yay təcrübəsi keçmələri məqsədilə test imtahanı keçirilib.

 

İmtahandan öncə şirkətin İnsan resursları departamentinin əməkdaşları tələbələrə təcrübə proqramı haqqında ətraflı məlumat verərək, test imtahanının aparılması qaydalarını izah ediblər.

 

100-dən artıq tələbənin iştirak etdiyi test imtahanında namizədlərə testlərin həll edilməsi üçün 1 saat vaxt verilib. Test namizədlərin məntiqi təfəkkürünün və dil biliklərinin yoxlanılmasından ibarət olub.

 

Qeyd edək ki, ən yüksək nəticə əldə edən namizədlər şirkətin yay təcrübə proqramında iştirak etmək hüququ qazanacaqlar.

 



04.07.2019 | 20:30