AzMİU-da V ixtisas qrupu üzrə qabiliyyət imtahanlarına start verilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2019/2020-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarının (V qrup üzrə) birinci mərhələsinə start verilib. Universitetdən verilən məlumata görə, proses iyulun 12-də yekunlaşacaq. 

 

V ixtisas qrupunda xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün ümumilikdə 1291 abituriyent AzMİU-ya ərizə verib.

 

Bu gün keçirilən rəsm imtahanında 150 abituriyent iştirak edib. Rəsm imtahanından yetərli balı toplayan gənclər iyulun 10-da ikinci mərhələdə iştirak etmək şansını qazanıb rəsmxətt və ya kompozisiya üzrə keçirilən imtahanda özlərini  sınayacaqlar.

 

Qabiliyyət imtahanlarında ortaya çıxan problemləri, imtahanın nəticələrdən narazı qalan abituriyentlərin şikayətlərini araşdırmaq üçün AzMİU-da komissiya fəaliyyət göstərir. 

 

Məlumat üçün qeyd edək ki, I ixtisas qrupu üzrə (Memarlıq) qabiliyyət imtahanları iyulun 19-da başlayacaq. 

 



05.07.2019 | 18:21