Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək

Iyulun 14-də rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahana buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

 

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.



08.07.2019 | 18:00