Gəncədə sənaye emalatxanasının açılış mərasimi

Gəncə Peşə Təhsili və Təlimi Mərkəzində müasir standartlara cavab verən ilk sənaye emalatxanasının açılış mərasimi baş tutub.

 

Açılış mərasimində iştirak edən Təhsil nazirinin müavini İdris İsayev, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasetti, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müşavir-elçisi və Əməkdaşlıq şöbəsinin rəhbəri Simona Gatti yaradılan emalatxananın maddi-texniki bazası ilə tanış olublar.

 

Bildirilib ki, emalatxana mərkəzin yeni tədris planına daxil edilən 6 mühüm ixtisasın tədrisi üçün beynəlxalq səviyyəli sənaye və texniki təlim avadanlıqları ilə təchiz edilib. Gəncədə yaradılan Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzində 2018-2019-cu tədris ili üçün təklif olunan yeni proqramlar üzrə 60 tələbə təhsil alıb. Yeni açılan emalatxanada tələbələrin təhsil aldıqları ixtisaslar üzrə istehsalat təliminə cəlb edilməsi və onların gələcək əmək fəaliyyətində istifadə edəcəkləri avadanlıq və texnika ilə sərbəst işləmə bacarığının əldə etməsi nəzərdə tutulub.

 

Mərkəz isitmə, havalandırma və soyutma sistemləri, mənzil təsərrüfatı və yaşayış obyektlərinin təmiri xidməti, dağ-mədən işləri, moda və dizayn, plastik boruların quraşdırılması və təmiri üçün plastik qaynaq xidmətləri, maşınqayırma və cihazqayırma sənayesində metal hissəciklərin istehsalı və yığımı üçün lazım olan tornaçı xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşır və təhsil alan tələbələrdə sənayeyə uyğun vərdişlərin yaranmasına xidmət edir.

 

Daha sonra peşə təhsili müəssisələri və regionunun müxtəlif biznes dairələri, xüsusən də kiçik və orta müəssisələr arasında tərəfdaşlığı gücləndirmək məqsədini daşıyan dəyirmi masa keçirilib. Dəyirmi masada milli peşə təhsili müəssisələrinin imkanlarını gücləndirmək məqsədilə hazırlanan Dövlət- Özəl Sektor Tərəfdaşlığı üzrə çərçivə sənədinə rəy bildirilməsi üçün özəl sektora təqdim olunub.

 

Növbəti aylarda özəl sektorla bu istiqamətdə danışıqların davam etdirilməsi və sonrakı mərhələdə Sənaye üzrə Gəncə Regional Peşə Kompetensiya Mərkəzinin məzunları üçün biznes qurumlarda iş yerlərini təmin etmək məqsədilə ümumi mexanizmlər cədvəlinin işlənilib hazırlanması nəzərdə tutulub.

 

Gəncədə ilk sənaye emalatxanasının açılışı Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və BMTİP çərçivəsində “Gəncədə Kompetens

 



11.07.2019 | 11:40