“Azəri İnciləri” beynəlxalq festivalın qalibi olub

Qazaxıstanın Nur-Sultan şəhərində «ŞATTIK» Gənc İstedadların XI Beynəlxalq Festivalı keçirilib. Festival Qazaxıstanın İdman və Mədəniyyət Nazirliyi və Nur-Sultan şəhər bələdiyyəsinin dəstəyi ilə keçirilib.

 

Beynəlxalq festivalda Qazaxıstanın şəhər və bölgələri, Rusiya Federasiyası, Ukrayna, Bolqarıstan, Belarusiya, Tacikistan, Özbəkistan və Qırğızıstan respublikalarının kollektivləri xoreoqrafiya, vokal və instrumental musiqi nominasiyaları üzrə çıxış ediblər.

 

Festivalda Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Rəqs” dərnəyinin üzvləri tərəfindən maraqlı konsert proqramı nümayiş etdirilib.

 

Mərkəzin direktoru Lalə Qəti münsiflər heyətinin fəxri üzvü seçilib. Qala konsertdə “Mənim Azərbaycanım” kompozisiyası ilə çıxış edən “Azəri İnciləri” rəqs kollektivi I yerin qalibi seçiliblər. "Azəri İnciləri" rəqs kollektivi və dərnək rəhbəri xüsusi diplomla təltif olunublar.

 



11.07.2019 | 12:04