“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsinin regionlar üzrə müsahibə mərhələsi

“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi çərçivəsində regionlar üzrə namizədlər üçün müsabiqənin sonuncu mərhələsi keçirilib.

 

Layihənin üçüncü – müsahibə mərhələsində 19 və daha yuxarı bal toplayan 96 namizəd iştirak edib. Namizədlərin nəticələri ilə bağlı məlumatlar iyulun sonunadək onların onlayn ərizədə qeyd etdikləri elektron poçt ünvanlarına göndəriləcək.

 

Bakı şəhərindən olan namizədlər üçün müsahibə mərhələsi yaxın günlərdə keçiriləcək.

 

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 744 nəfər namizəd qeydiyyatdan keçmişdi.

 

Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən 2016-cı ildən həyata keçirilən layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır.

 



11.07.2019 | 17:56