Müəllimlərin işə qəbulu imtahanlarında növbəti yüksək bal

İyulun 16-da ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Aysel Məmmədova imtahandan uğurla keçərək 58 bal toplayıb.

 

Aysel Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetində ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə təhsil alıb.

 

Müəllimlərin işə qəbulu üzrə imtahanlar iyulun 24-dək davam edəcək.

 



16.07.2019 | 18:06