ADPU-nun rektoru yüksək nəticə göstərmiş məzunlarla görüşüb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov İbtidai təhsil fakültəsinin Müəllimlərin İşə Qəbulu üzrə Müsabiqənin test mərhələsində “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 58 bal toplamış məzunu Aysel Məmmədova və ADPU-nun nəznində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) məzunları 58 bal toplamış Aidə Mikayılova, Sona Xəlilova və 54 bal toplamış Bəyim Talıbova ilə görüşüb.

 

Rektor C.Cəfərov yüksək nəticə göstərmiş məzunları təbrik edərək onlara gələcək pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professoru Ceyran Mahmudova, ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, ADPK-nin direktoru, dosent İsrayıl İsgəndərov məzunları təbrik ediblər.

 

Aysel Məmmədova, Aidə Mikayılova, Sona Xəlilova və Bəyim Talıbova Müəllimlərin İşə Qəbulu üzrə Müsabiqənin tam şəffaf və obyektiv keçdiyinə, müəllim olmaq istəyən şəxslərə bilik səviyyələrini nümayiş etdirmək üçün lazımi şərait yaradıldığına görə Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkür ediblər.

 

​Sonda məzunlara gül dəstələri və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

 



19.07.2019 | 19:33