“Ərtoğrol Cavid-100” mövzusunda respublika elmi konfransı keçiriləcək

22 oktyabr 2019-cu il tarixində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə Ərtoğrol Cavidin 100 illik yubileyinə həsr olunan “Ərtoğrol Cavid - 100” mövzusunda respublika elmi konfransı keçiriləcək.

 

Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar 15 sentyabr 2019-cu il tarixinədək məruzələrinin tam mətnlərini [email protected] elektron ünvanına göndərə bilərlər (ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi, 26. tel.: (+994 12) 492 06 57)

 

 Məruzələrin tərtibinə dair tələblər:

 

- Kağızın formatı - A4, Word redaktorunda;

 

- məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;

 

- müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;

 

- Həcmi - 5 səhifədən çox olmamalıdır;

 

- Şrift - Times New Roman 12; sətirlərarası interval - 1,5;

 

- İstinadlar - avtomatik, səhifənin sonunda (şrift - Times New Roman 10);

 

- məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.

 

Qeyd edək ki, konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

 



24.07.2019 | 19:26