Smartfondan kiçik fərdi kondisioner hazırlanıb

Ölçüsü smartfondan kiçik olan fərdi kondisioner hazırlanıb. Fərdi kondisioner Yaponiyanın “Sony” şirkətinin mühəndisləri tərəfindən ərsəyə gətirilib.

 

85 qram ağırlığında olan yığcam daşınan kondisionerə “Reon Pocket” adı verilib. Qurğu köynəyin cibinə yerləşdirilərək insanı istidə sərinlədir, soyuqda isə qızdırır. Cihaz temperaturu 8-13 selsi dərəcə aşağı sala, yaxud yüksəldə bilir.

 

Qeyd edək ki, qurğunun akkumulyatoru 1,5 saat fasiləsiz işləmək üçün nəzərdə tutulub və enerji ilə yüklənməsinə təxminən 2 saat vaxt tələb edilir.

 

 



31.07.2019 | 14:25