“Gələcəyin Qurucuları -II” adlı yay liderlik məktəbinin açılış mərasimi keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında 1-8 avqust 2019-cu il tarixlərində  keçiriləcək “Gələcəyin Qurucuları - II” adlı yay liderlik məktəbinin rəsmi açılış mərasimi təşkil olunub.

 

Tədbirdə ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri, layihənin Təşkilat Komitəsinin sədri Sahil Qələndərov çıxış edərək yay məktəbinin artıq ikinci dəfə təşkil edilidiyini bildirib. O, 2017-ci ildə “ADPU Survivor” adlı Qafqazda ilk 12 günlük ekstremal düşərgəsinin keçirildiyini də diqqətə çatdırıb. 

 

Universitetin rektoru, professor Cəfər Cəfərov tələbələrə və layihənin işinə uğurlar arzulayıb. Rektor ADPU-nun rəhbərliyinin həmişə istedadlı tələbələrin təşəbbüslərini dəstəklədiyini xüsusi vurğulayıb.

 

Daha sonra layihənin iştirakçıları ADPU-nun Quba filialına yola salınıb.

 

Qeyd edək ki, yay liderlik məktəbi ADPU-nun 5 filialının tələbələri və Bakı şəhərindəki 1 nömrəli tədris binasında təhsil alan tələbələri arasında mədəni əlaqələrin inkişafında  mühüm rol oynayır.

 



01.08.2019 | 16:35