Peşə təhsili təsnifatı yenilənir

Azərbaycanda peşə təhsili təsnifatının yenilənməsi üçün işlər aparılır. Bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsili müəssisələrinə qəbul qaydaları ilə bağlı keçirdikləri mətbuat konfransında deyib.

 

Direktor müavini bildirib ki, bu gün peşə təhsili təsnifatına daxil olan ixtisasların çoxu mövcud əmək bazarının tələbatına uyğun deyil. “Məsələn, artıq kompüter operatoru ixtisası bazarın tələbatına uyğun deyil. Hər il təsnifata yeni ixtisaslar daxil olur. Ötən il 168 ixtisas üzrə kadr hazırlığına başlanılıb. Daha əvvəl isə bu say 176 idi. Amma yenə də təsnifatın yenilənməsinə ehtiyac duyulur. Bu qısa müddətli iş deyil. Amma bu istiqamətdə işlər aparılacaq”-, deyə A.Əlili vurğulayıb.

 



02.08.2019 | 13:16