Koreyalı ekspertlər Yüksək Texnologiyalar Parkının fəaliyyətini yüksək dəyərləndirib

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) qrant proqramı çərçivəsində 2020-ci il üçün qrant layihələri və ölkə üzrə “KOICA CIAT” proqramı ilə bağlı seminar keçirilir. 

 

Koreya Respublikasının Elm və Texnologiya Siyasəti İnstitutunda təşkil olunan təlim proqramına 6 ölkədən müxtəlif dövlət qurumlarını təmsil edən nümayəndələr iştirak ediblər. 

 

AMEA-nın Yüksək Texnologiyalar Parkının fəaliyyəti, burada istehsal olunan yüksək keyfiyyətli, elmtutumlu və innovativ məhsulları barədə təlim iştirakçılarına ətraflı məlumat verilib. Qurumun çoxşaxəli fəaliyyəti Koreya Respublikasının ekspertləri və digər ölkələrin nümayəndələri tərəfindən yüksək  dəyərləndirilib.

 

Qeyd edək ki, seminar avqustun 15-dək davam edəcək.

 

 

Sifai SƏFƏROVA

 



05.08.2019 | 19:23