İlahiyyat İnstitutunun tələbələri türkiyəli professorun mühazirəsini dinləyiblər

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri  üçün Türkiyənin Bursa şəhərində təşkil edilən yay məktəbində Uludağ Universiteti İlahiyyat fakültəsinin professoru, din sosiologiyası müəllimi, professor Vejdi Bilginin mühazirəsi dinlənilib. O, tələbələrə Türkiyədə keçmişdə və hazırda mövcud olan dini həyat və xidmətlərdən söz açıb, Din İşləri İdarəsinin yaradılmasının əhəmiyyətinə toxunub. İlahiyyat fakültələri, burada təhsil alan tələbələr haqqında da ətraflı məlumat verən Vejdi Bilgin, həmçinin dini maarifləndirmə sahəsində nəşrlərin önəmini vurğulayıb.

 

Maraqla qarşılanan mühazirədə professor tələbələrin suallarını da  cavablandırıb.     

 

Qeyd edək ki, hər il nəzərdə tutulan yay və qış məktəblərinin gələcəkdə dünyanın tanınmış universitetlərinin İlahiyyat fakültələri ilə birgə həyata keçirilməsi planlaşdırılır.

 

 

Sifai SƏFƏROVA

 



06.08.2019 | 17:13