Gənc ifaçıların konserti olacaq

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqisi zalında “Gənclərə dəstək” layihəsinin növbəti konsert proqramı keçiriləcək.

 

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində  baş tutacaq konsertdə Respublika İncəsənət Gimnaziyasının  gənc ifaçıları “Qanun kvarteti”, Natəvan Həsənova (qanun), Svetlana Əhmədova (piano), Emil Qurbanov (tar), Aytən Babayeva (piano), Surə Rüfət (violin), Cəmalə Abdinzadə (piano), İsmayıl Zülfüqarov (tar), Atabəy İsmayılov (piano), Sevinc Kərimova (piano), Aytən Rüstəmova (kamança), Hüseyn Nağıyev (kamança) Lalə Əhmədova (bəstəkar) və başqaları çıxış edəcəklər.

 

Gənc ifaçılar Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndirəcəklər.

 

 

Sifai SƏFƏROVA

 



06.08.2019 | 21:02