"Gələcəyin Qurucuları II" - yay liderlik məktəbi yekunlaşıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının (ADPU TGT), “LEAD Education” Tədris Mərkəzinin və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin dəstəyi ilə ADPU-nun Quba filialında keçirilən “Gələcəyin qurucuları-II” adlı yay liderlik məktəbi başa çatlb.

 

Tədbirin bağlanış mərasimində ADPU-nun tələbələrlə iş şöbəsinin müdiri Sahil Qələndərov, TGT sədri Nurlan Hüseynov, ADPU-nun Quba filialının direktor müavini Aysel Şeydayeva, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov və “LEAD Education” Tədris Mərkəzinin nümayəndəsi Eltac Cəbiyev çıxış ediblər.

 

Çıxışlarda proqram xarakteri alan layihənin davamlı olacağı bildirilib.

 

Tədbir iştirakçı tələbələrin təəssüratları bölüşməsi ilə davam edib.

 

Sonda komanda üzvləri mükafatlandırılıb.

 



10.08.2019 | 12:32