Türkiyə Milli Botanika Bağı ilə Mərkəzi Nəbatat Bağı arasında əməkdaşlıq genişləndirilir

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Ankara şəhərində yerləşən Türkiyə Milli Botanika Bağının rəhbərliyinin bir qrup əməkdaşı- Mühərrəm Cihan, Dr. Özləm Mavi İdman və Mərvə Yılmaz AMEA Mərkəzi Nəbatat Bağının qonağı olublar.

 

Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev qonaqlara Mərkəzi Nəbatat Bağının elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, Bağın kolleksiya sahələrində olan bitkilər haqqında məlumat verib.

 

Qonaqlar Bağın qızılgül, dərman və nadir bitkilərin kolleksiya sahələri ilə yaxından tanış olub, iki qardaş ölkə arasında əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi, müştərək layihələr və ekspedisiyaların təşkili, bitki materiallarının mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar.

 

 



15.08.2019 | 11:12