Bakı Uşaq Teatrının gənc artistləri Latviyada olublar

Bakı Uşaq Teatrının “Günay” teatr-studiyasının gənc artistləri Latviyada keçirilən “AMBERSTAR 2019” beynəlxalq incəsənət müsabiqəsinə qatılaraq Riqa şəhərində tamaşa-konsert proqramı ilə çıxış ediblər.

 

Konsert zamanı Azərbaycanın milli rəqs və musiqi nümunələri ifa edilib, şeirlər səsləndirilib. Xüsusilə, “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında səhnələşdirilmiş “Üç tonqal” tamaşası və "Arşın mal alan" operettasından qızların yaylıqla rəqsi tamaşaçılarda xoş ovqat   yaradıb.

 

Qeyd edək ki,  konsert proqramından sonra qonaqlara Azərbaycanın milli mətbəx nümunələrindən ibarət ziyafət verilib.

 

 

 Sifai  SƏFƏROVA

 



19.08.2019 | 16:46