“Sevinc” kuboku uğrunda mini futbol turniri başa çatıb

Gəncədə 2008-2010-cu il təvəllüdlü futbolçular arasında keçirilən mini futbol üzrə məhəllələrarası “Sevinc” kubokunun “Dəri” top mükafatı uğrunda şəhər birinciliyi başa çatıb.

 

Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, gərgin keçən final qarşılaşmasında “Gəncə” komandası “Qarabağ-1” üzərində 5:2 hesablı qələbə qazanıb.

 

Yarışda 160-a yaxın idmançı iştirak edib. “Sevinc” kubokunun “Dəri” top mükafatı uğrunda keçirilmiş mini futbol üzrə Gəncə şəhər birinciliyində “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbinin “Gəncə” komandası birinci, Baş İdarə nəzdində olan Uşaq-Gənclər İdman Məktəbinin “Qarabağ-1” komandası ikinci, 2 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbinin “Çinar” komandası üçüncü yerə layiq görülüb.

 

Qalib komandalar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanları və hədiyyələri ilə təltif olunublar.

 



24.08.2019 | 11:21