Peşə təhsili müəssisələrində təhsil almaq istəyənlər üçün yeni fürsət

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan yerlərə qəbulla bağlı 2-ci turun keçirilməsi planlaşdırılıb.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, növbəti tura avqustun 28-dən start veriləcək.

 

Sentyabrin 5-dək davam edəcək bu mərhələ də I turda olduğu kimi həyata keçiriləcək. Belə ki, II turda da sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada reallaşdırılacaq. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılacaq. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar həyata keçiriləcək.

 



23.08.2019 | 18:27