Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı sabah başa çatır

Avqustun 27-də peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başa çatır.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, qeydiyyatdan keçməyənlər qəbul olunduqları ixtisasdan imtina etmiş hesab olunacaqlar.

 

Qeydiyyatdan keçmək üçün təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər) tələb olunur.

 

Peşə təhsili müəssisələrinə qəbul olunmaq üçün 11000-dən çox ərizəçi müraciət edib. Onlardan 8808-i peşə təhsili müəssisələrinə qəbul olunub.

 



26.08.2019 | 15:12