Əlavə yerləşdirmə ilə bağlı suallar “Həftənin sualı”nda

Avqustun 29-da saat 16:00-da “Təhsil” televiziyasının “Həftənin sualı” verilişi canlı yayımlanacaq. Verilişdə müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə ilə bağlı ən çox verilən suallar cavablandırılacaq.

 

Verilişin qonağı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə olacaq.

 

Veriliş nazirliyin saytı və “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı yayımlanacaq. Mövzuya uyğun sualları canlı yayım zamanı şərh bölməsində yaza bilərsiniz.

 



28.08.2019 | 15:16