Azərbaycan Konstitusiyası fars dilinə tərcümə olunub

Azərbaycan Respublikasının Konstitusiyasını fars dilinə tərcümə edilib.

 

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) verilən məlumata görə, tərcüməni bu ali məktəbin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Məlikov həyata keçirib.

 

Kitaba “Ön söz”ü Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov yazıb. O, ali təhsil müəssisəsinin Azərbaycan həqiqətlərinin və ölkənin mədəni-mənəvi irsinin tanıdılması və təbliği məqsədilə bir sıra layihələr həyata keçirdiyini vurğulayıb və təhsil müəssisəsinin gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini fikirlərinə əlavə edib.

 



29.08.2019 | 15:38