Sabirabadlı məzunlardan 345-i tələbə adını qazanıb

2018-2019-cu tədris ilində rayonda fəaliyyət göstərən 65 tam orta məktəbi 1218 məzun bitirib. Rayon təhsil şöbəsindən aldığımız məlumata  görə, onlardan 597-si ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib. Məzunlardan 345-i ali məktəblərə qəbul olunub. Ali məktəblərə qəbul olunanlardan 37-si 500-600 arası, 5-i isə 600-dən yuxarı bal toplayıb.

 

Ən yüksək nəticəni qazanan şəhərin Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəbin məzunları olub. Məktəbi bitirən 78 məzundan 42-si tələbə adını qazanıb.

 

Rayon üzrə ən yüksək bal toplayan şagird də elə bu məktəbin məzunu Heydər Ələsgərovdur. O, 654 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunub.

 

 

Şakir CƏFƏROV

 



29.08.2019 | 17:25