İlk “kosmik dicey” Beynəlxalq Kosmik Stansiyada konsert verib

İtalyan astronavtları üçün kosmosa uçuş həmişə gündəlik işlə və elmi araşdırmalarla bağlı olmur. Onlardan biri Beynəlxalq Kosmik Stansiyanı ziyarət edərkən, dicey pultunun köməyilə orbital həyatı gözəlləşdirməyin orijinal üsulunu tapıb.

 

www.4pda.ru saytının məlumatına görə, Luka Parmitano Beynəlxalq Kosmik Stansiyada öz dicey pultundan istifadə edərək, konsert verib. Maraqlı çıxış Yer kürəsinə onlayn translyasiya edilib. Onu ilk olaraq, İbizada “BigCityBeats World Club Dome Cruise Edition” elektron musiqi festivalının keçirildiyi kruiz gəmisinin sərnişinləri qiymətləndiriblər.

 

Kosmik stansiyanı artıq ikinci dəfə ziyarət edən astronavt konsert zamanı çəkisizlik şəraitindən yararlanıb. Bu, Parmitanonun əsas peşəsi olmasa da, o, ilk “kosmik dicey” kimi tarixə düşüb.

 



01.09.2019 | 13:23