“Təhsil tariximizdə ilk addım”

- Bu gün Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması ilk addımdır. Yəni, bizdə belə bir şura olmayıb. Nədir İctimai Şura? Bu, ictimaiyyətin fikrini icra orqanı olan Təhsil Nazirliyinə çatdırmaqdır, yeni təkliflərlə çıxış etmək, ümumi işə kömək etməkdir.

 

Bu münasibətlə mən İctimai Şuraya seçilən bütün üzvləri, eləcə də bu işdə əziyyət çəkmiş, iştirak etmiş seçiciləri də təbrik edirəm. Təhsil Nazirliyi İctimai Şuranın yaradılması işini axıra qədər davam  etdirib.  İctimai  Şura  bütün  Təhsil Nazirliyi sistemində bu miqyasda ilk dəfədir ki, yaradılır, yenidir. Ancaq bütün ali məktəblərdə ictimai şuralar fəaliyyət göstərir. Hər birinin sədri və üzvləri  var.  Burada  iş  gedir.  İctimai  Şura  bu  miqyasda,  yəni,  bütün  Təhsil Nazirliyi  vasitəsilə  ilk  dəfədir  ki,  seçilir və  mən  güman  edirəm  ki,  bu  gün təhsil tariximizə düşəcək. Bütün şura üzvlərini təbrik edir və onlara uğurlar arzulayıram.

 

Şahlar ƏSGƏROV,

təhsil eksperti, professor 



06.09.2019 | 09:29