İmtahanlarda üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün əlavə imtahan keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib. Buraxılış imtahanları Bakı və Gəncə şəhərlərində təşkil olunub. 

 

Mərkəzdən bildirilib ki, imtahanlarda IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 668, II mərhələsi üzrə 443, XI sinif üzrə 120, Azərbaycan dilindən fərqli bölmə üzrə təhsil alan və Azərbaycan dili imtahanı verməli olan 58 şagirdin iştirakı gözlənilirdi.

 

İmtahan nəticələri yaxın 3-4 gün ərzində elan olunacaq. 

 

İmtahanların idarə olunması üçün 12 imtahan rəhbəri, 97 nəzarətçi-müəllim ayrılıb.



09.09.2019 | 11:39