Peşə təhsili müəssisələrinə qəbul və onun nəticələri əlaqədar Apelyasiya Komissiyası yaradılır

11-13 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində vətəndaşların müraciətinə baxılması üçün Apelyasiya Komissiyasının yaradılması nəzərdə tutulub. Komissiyanın yaradılmasında məqsəd qəbul və onun nəticələri ilə əlaqədar yaranan problemlərin həllinə köməklik göstərilməsindən ibarətdir.

 

Vətəndaşlar Peşə Təhsili üzrə Dövlət Agentliyində təşkil ediləcək Apelyasiya Komissiyasına müraciət zamanı şəxsiyyətini təsdiq edən sənədin əslini və təhsil haqqında sənədini təqdim etməlidirlər.

 

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb. 5-20 avqust tarixlərində keçirilən birinci mərhələ 8808 nəfər, 28 avqust - 5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə isə 3754 nəfər peşə təhsili müəssisələrində təhsil almaq hüququ əldə edib.

 

Hazırda 10 sentyabr tarixinədək müsabiqənin 2-ci mərhələsindən uğurla keçən şəxslər üçün sənəd qəbulu davam edir.

 



09.09.2019 | 12:43