Ağıllı lövhələrdən istifadə qaydaları haqqında təlim

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının təşkilatçılığı ilə ağıllı lövhələrdən istifadə qaydaları haqqında təlim təşkil olunub. İkigünlük təlimdə kafedranın laborant və müəllimləri iştirak ediblər.

 

BSU-nun elektron idarəetmə resursları şöbəsinin müdiri Nurlan Məmmədov  təlim iştirakçılarına dərs zamanı auditoriyada ağıllı lövhələrdən istifadə qaydaları, keçirilən mühazirələrin videoyazılarının “Youtube” videohistinqində yerləşdirmə üsulları barədə məlumat verib. Şöbə müdiri ağıllı lövhə üzərində müəllimlərə praktik qaydada bir çox funksiyaları izah edib.



10.09.2019 | 15:43