MDU-da “Oriyentasiya günü” keçiriləcək

13 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni qəbul olunan tələbələr üçün ilk dəfə olaraq “Oriyentasiya günü” keçiriləcək. Dünyanın əksər universitetlərində ənənəvi təşkil olunan “Oriyentasiya günü”nün məqsədi yeni qəbul olunan tələbələri universitetlə tanış etməkdən və onlara tədris prosesi barədə ətraflı məlumat verməkdən ibarətdir.

 

MDU-nun bütün tədris binalarında təşkil olunan “Oriyentasiya günü”ndə dekanlıqlar, gənc müəllimlər, tyutorlar, tələbə təşkilatlarının fəal üzvləri və könüllü tələbələr yaxından iştirak edəcəklər. Yeni qəbul olunan tələbələr onları gözləyən universitet həyatı barədə geniş məlumat əldə etmək imkanı qazanacaqlar.

 

Saat 10:00-13:00-dək təşkil olunacaq “Oriyentasiya günü” tədbirinə MDU-ya yeni qəbul olunan tələbələr və onların valideynləri dəvət olunurlar.



12.09.2019 | 11:48