AMEA Rəyasət Heyətinin elmi katibi Avropa Hüquq Akademiyasının tədbirində iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin elmi katibi Rəna Hüseynova Almaniya Federativ Respublikasının Trir şəhərində elmi ezamiyyətdə olub.

 

Avropa Hüquq Akademiyasının (ERA) təşkilatçılığı ilə “Məlumatların qorunması haqqında qanunvericilik” (Data Protection Law) mövzusunda keçirilən tədbirdə nüfuzlu Avropa təşkilatlardan mütəxəssislərlə yanaşı AMEA Rəyasət Heyətinin elmi katibi də iştirak edib.

 

R.Hüseynova beynəlxalq təcrübənin öyrənilməsi, müvafiq xarici təşkilatlarla elmi əməkdaşlığın qurulması və genişləndirilməsi məqsədilə müzakirə və praktik məşğələlərə qatılıb.



18.09.2019 | 16:43