Azərbaycan Botaniklər Cəmiyyəti ilə İtaliya Botanika Cəmiyyəti arasında memorandum imzalanıb

Azərbaycan Botaniklər Cəmiyyətinin sədri, akademik V.M.Əli-zadə İtaliyanın Padua şəhərində keçirilən İtaliya Botanika Cəmiyyətinin 114-cü Konqresində iştirak edib.

 

Konqres zamanı İtaliya Botanika Cəmiyyətin sədri, professor Consolata Siniskalko və Azərbaycan Botaniklər Cəmiyyətinin sədri, akademik V.M.Əli-zadə arasında əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.

 

Memoranduma əsasən, cəmiyyətlər müştərək elmi-tədqiqat layihələrinin hazırlanması, üzvlərin mübadiləsi, elmi konfrans, görüşlər və elmi-texniki sərgilərin keçirilməsi, elmi məqalə, məlumat və təcrübə mübadiləsi, elm-təhsil-siyasət platformasında biomüxtəlifliyinin mühafizəsinədə birgə fəaliyyət planlaşdırır.

 

Həmçinin, yaxın gələcəkdə dəyişən təbiətdə bu sahədə yeni çağrış və imkanların birgə müzakirə və istifadəsinə dair görüşlərin keçirilməsi nəzərdə tutulub.



19.09.2019 | 19:21