AzMİU-da beynəlxalq konfrans öz işinə başlayıb

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) inşaatın bütün mərhələlərində rəqəmsal transformasiyaya həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirin təşkilatçısı AzMİU ilə yanaşı, layihələndirmə və tikinti sahələrində proqram təminatının qlobal təchizatçısı olan “Trimble” şirkətinin Azəbaycanda yeganə səlahiyyətli nümayəndəsi olan “AZEL Systems”dir.     Konfransın əsas məqsədi inşaat sahəsində aktual problemlərin və bu problemlərin real layihələr əasasında, inkşafa yol açan yeni texnologiyaların istifadəsi ilə mümkün həllərinin müzakirəsidir.

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açılış nitqi ilə qonaqları, iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb.

 

Sonra “AZEL Systems” şirkətinin Baş Direkoru İqor Yakovenko şirkətin fəaliyyəti barədə iştirakçılara məlumat verib.

 

“Tekla Trimble” şirkətinin kommersiya direktoru Denis Kuptsov isə “Tikinti sahəsinin rəqəmsallaşdırılmasında ümümdünya trendləri, BIM texnologiyası və Trimble həlləri” adlı məruzə ilə çıxış edib.

 

Sonra “Azfen” şirkətinin baş direktoru Həmid Həsənov,  SOCAR Foster-Wheeler Engineering-in baş direktoru Elməddin Dadaşov öz təcrübələrini bölüşüb, iş prosesində “AZEL Systems”in təqdim etdiyi yüksək texnologiyaların tətbiqində əldə edilən uğurlardan danışıb. Konfransda BİM texnologiyalarının trendləri və Trimble istehsalı olan digər proqram təminatları (“Tekla Structures”, “SketchUp”, “Trimble Connect”) da ayrıca müzakirə olunub.

 

Konfransda çıxış edən “Trimble Solutions” şirkətinin kommersiya direktoru Denis Kuptsov bildirib ki, Azərbaycanda belə bir konfrans ilk dəfə AzMİU-da təşkil olunub: “Biz rəqəmsal texnologiyaların inkşafı və onlara keçidin vacibliyini anlayan yerli mütəxəsislərlə dialoq qurmağı planlaşdırırıq”.

 

Konfransın sonunda “AZEL Systems” şirkəti uğurlu əməkdaşlığa görə partnyorlarını mükafatlandırıb, onlara sertifikatlar təqdim edib. 

 

İki gün davam edəcək konfransın ikinci günü AzMİU-nun tələbələri üçün “Tekla Structures”dan istifadə üzrə praktiki master-klass təşkil olunacaq.

         



24.09.2019 | 18:34