Ukraynalı professor NDU-nun Tibb fakültəsinin tələbələrinə mühazirə keçib

Ukrayna dövlətindən dəvət edilən Uşaq Kardiocərrahiyyə və Kardiologiya mərkəzinin direktoru, tibb elmləri  doktoru, professor İlya Yemets Naxçıvan Dövlət Universiteti (NDU) Tibb fakültəsi tələbələrinə mühazirə keçib.

 

Professor gələcəyin həkim kadrlarına  peşə fəaliyyətlərində elmi-tədqiqat işlərinin önəmindən, təcrübi dərslərin nə qədər əhəmiyyətli olduğundan danışıb. 3 günlük uşaqların üzərində aparılan açıq ürək cərrahiyyə metodlarından ətraflı məlumat verilib. Hamiləliyin 18-ci həftəsində belə ürək problemlərinin aradan qaldırılmasının mərkəzin əsas fəaliyyəti olduğunu önə çəkən - qonaq mərkəzdə indiyə qədər 17000-ə qədər əməliyyatın keçirildiyini vurğulayıb. Qeyd edilib ki, klapanların çatışmaması, aorta klapanlarında olan qüsurlar mərkəzdə müayinə və müalicə olunur.  Professor hətta bədənin heç bir yerində kəsiklər etmədən keçirilən əməliyyatlardan danışaraq ağciyər venasının ürəyə yox, diafraqma altına və qaraciyərə getməsi qüsurunun müayinə və müalicəsində istifadə etdikləri üsulları tələbələrə izah edib.

 

Professor tələbələrin suallarını cavablandırıb, gələcəyin həkimlərinə öz tövsiyyələrini  çadırıb.

 



25.09.2019 | 12:29