Kiyevdə Beynəlxalq Elmi - Praktik Konfrans keçiriləcək

07 noyabr 2019-cu il tarixində Ukraynanın Kiyev şəhərində “İnformasiya, təhlil, proqnozlaşdırma - Səmərəli dövlət idarəçiliyinin strateji yolları” mövzusunda XII Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək.

 

Ukraynanın Təhsil və Elm Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransda elmi-texniki, innovativ fəaliyyət və texnologiya transferi (ötürülməsi) üçün informasiya-analitik dəstək, elmi-texnoloji inkişafın prioritet sahələrinin proqnozlaşdırılması, elektron kitabxanaların yaradılması və istifadəsi kimi mövzular üzrə müzakirələr nəzərdə tutulur.    

 

Konfransa alimlər, sahibkarlar, informasiya və analitik xidmət rəhbərləri, kitabxana işçiləri, rəqəmsal texnologiyalar və təhlükəsizlik mütəxəssisləri, hökumət nümayəndələri və müstəqil ekspertlər dəvət edilirlər.

 

Konfrans haqqında ətraflı məlumatı aşağıda qeyd olunan keçiddən əldə etmək olar:   

 

http://www.uintei.kiev.ua/news/hii-mizhnarodna-naukovo-praktychna-konferenciya-informaciya-analiz-prognoz-strategichni-vazheli

 

Konfransın işçi dili ukrayna və ingilis dilləridir.

 



25.09.2019 | 18:31