"Azərbaycanda biomüxtəlifliyin qorunması və biosenozların mühafizəsi"

Qax şəhər 2 nömrəli məktəb-liseydə İlisu Dövlət Qoruğunun əməkdaşlarının iştirakı ilə "Azərbaycanda biomüxtəlifliyin qorunması və biosenozların mühafizəsi" mövzusunda növbəti ekoloji seminar keçirilib. Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Günay Mahmudova tərəfindən daxil olan məlumata görə, seminarda məktəb-liseyin rəhbərliyi, biologiya, coğrafiya müəllimləri və  IX-X sinif şagirdləri iştirak ediblər.

 

Seminarın keçirilməsində əsas məqsəd gələcəyimiz olan məktəbli gənclərdə ekoloji biliklərin zənginləşdirilməsi və ətraf mühitə qayğının artırılmasıdır.

 

Sonda  diskussiya və suallarla zəngin seminarda ən aktiv və yüksək ekoloji biliklərə malik olan şagirdlərə İlisu Dövlət Qoruğunun əməkdaşları tərəfindən müxtəlif hədiyyələr verilib.

 

Şakir CƏFƏROV



25.04.2018 | 17:29