ADPU-nun Şəki filialında “Bir” Tələbə-Könüllü Proqramının yeni təqdimatı

Ali və orta ixtisas təhsili  müəssisələrində Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Bir” Tələbə-Könüllü Proqramı artıq  bir neçə ildir ki, öz layihələrini uğurla həyata keçirməkdədir.

 

Tələbə-könüllülər ölkəmizdə bir sıra irimiqyaslı tədbirlərin həyata keçirilməsində fəal iştirak edirlər. Proqram Təhsil Nazirliyinin tabeliyində olan Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Masallı, Lənkəran şəhərlərində fəaliyyət göstərən 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edir. Hazırda bu  layihə iştirakçıları olan tələbələrin sayı 23 min nəfərdən çoxdur.

 

Azərbaycanda gələcəkdə mötəbər idman yarışlarının və mədəniyyət tədbirlərinin davam edəcəyini nəzərə alaraq, Təhsil Nazirliyi sentyabrın 23-dən oktyabrın 26-dək ali və orta ixtisas təhsili müəssisələrində “Bir” Tələbə-Könüllü Proqramının yeni təqdimatını keçirəcəkdir.

 

Qrafikə uyğun olaraq, ADPU-nun Şəki filialında proqramın yeni təqdimatı sentyabrın 26-da keçirilib. Qeyd edək ki, ADPU-nun Şəki filialı üzrə “Bir” Tələbə-Könüllü Proqramının iştirakçılarının sayı 35 nəfərdən çoxdur. 



27.09.2019 | 14:37