Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlər

Şabran rayon ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilir. Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Gülər Hüseynovanın  verdiyi məlumata görə, "dəyirmi masa", inşa, rəsm müsabiqələri, idman yarışları, əl işləri sərgiləri və s. formatlarda keçirilən tədbirlərdə Heydər Əliyevin həyat yolu, onun Azərbaycan tarixində qoyduğu dərin iz, xalqına göstərdiyi əvəzsiz xidmətlər barədə danışılır,  Azərbaycanın ən çətin anlarında üzərinə düşən xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirməsi, bu yolda heyrətamiz fədakarlıqlar göstərib, xalqımızı müdhiş bəlalardan hifz etməsindən bəhs olunur.

 

 Həmçinin şagirdlər  belə tədbirlərdə ümummilli lider haqqında düşüncələrini bölüşür və şeir söyləyirlər.

 

Eyni zamanda müəllimlərin Şabran Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyaları və Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və siyasi fəaliyyətinə həsr olunmuş "açıq dərs"ləri təşkil olunur.

 

Şakir CƏFƏROV



25.04.2018 | 17:48