LDU-da vətənpərvərlik mövzusunda tədbir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ilin 1-ci Qrant müsabiqəsinin qaliblərdən biri olan “Turan Araşdırma Mərkəzi” İB Lənkəran Dövlət Universitetində (LDU) vətənpərvərlik mövzusunda tədbir keçirib. 
 
 
Tələbə və müəllimlərin qatıldığı tədbiri LDU-nun social məsələlər üzrə prorektoru dosent Kamran Kazımov açaraq bildirib ki, “Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!” adlı layihənin əsas məqsədi Vətənə məhəbbət, ilk növbədə dilimizə, milli musiqimizə, tarixi keçmişimizə, folklorumuza sahib çıxmaq, insanların mənsub olduğu dini dəyərlərə, ənənələrə hörmətlə yanaşmaq, ölkə ərazisinin bütövlüyünün, dövlətçiliyimizin qorunmasına hər an hazır olmağı bir daha insanlara aşılamaqdır.
 
 
“Turan Araşdırma Mərkəzi”İB-nin sədr müavini Cavid İsmayıl çıxışında vətənpərvərliyi ən ali insani hiss kimi dəyərləndirib. Bildirib ki,bütün konfessiya və etnosların həmrəylik və sülh şəraitində birgə yaşayışının tarixi təcrübəsi olan Azərbaycan, multikulturalizm, tolerantlıq kimi dəyərlərin dövlət səviyyəsində təbliğatçısına çevrilib. Müasir dövrdə ölkəmizdə həyata keçirilən multikulturalizm siyasəti dövlətimizin tarixi ənənələrə sadiq qalmasının bariz nümunəsidir.
 
Professor Əhməd Qəşəmoğlu, “Olaylar” İnformasiya Ağentliyinin baş direktoru, yazıçı-publisist Yunus Oğuz layihənin əhəmiyyəti barədə iştirakçılara ətraflı söz açıblar.
Tədbirdə vətənpərvərlik ideyalarını, azərbaycançılıq məfkurəsini təbliğ edən, Azərbaycanın məruz qaldğı tarixi faciələri əks etdirən videoçarx nümayiş etdirilib, iştirakçılara bukletlər, braşuralar,videomateriallar paylanılıb.

 



28.09.2019 | 14:18