ADU-da “dəyirmi masa”

Aprelin 24-də Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabına həsr olunan “dəyirmi masa” keçirilib.

 

TEC-in sədri Lamiə Muğalova bildirib ki, əsrlər boyu Azərbaycanda formalaşan multikultural dəyərlər ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub. L.Muğalova  Azərbaycan multikulturalizminin dünya miqyasında öyrənildiyini deyib.

 

ADU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov Kitabda Prezident İlham Əliyevin multikultural dəyərlər barədə söylədiyi fikirlərin, eyni zamanda Azərbaycan multikulturalizm modelinin xüsusiyyətlərinin öz əksini tapdığını bildirib. Multikulturalizmin Azərbaycanın dövlət siyasəti olduğunu söyləyən S.Hüseynov kitabın üç dildə dərc edilməsinin multikultural dəyərlərin dünya miqyasında təbliğində əhəmiyyətli rolu olduğunu sözlərinə əlavə edib.

 

Beynəlxalq münasibətlər və iarəetmə fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının müxtəlif təhsil müəssisələrində tədris olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini deyib.

 

Sonda   tələbələr Günay Sadıqlı və Sevinc Məsimova multikulturalizmə həsr olunan slayd təqdim ediblər.

 

 

 



26.04.2018 | 11:59