AMEA Botanika İnstitutunun magistrı İtaliyada təcrübə keçib

AMEA Botanika İnstitutunun magistrı Elnarə İsgəndərli İtaliyanın Milli Tədqiqat Şurasının (İMTŞ) Turində yerləşən Davamlı Bitki Mühafizə İnstitutunda elmi ezamiyyətdə olub. Ezamiyyət Botanika İnstitutu və İMTŞ-nın Davamlı Bitki Mühafizəsi İnstitutu arasında bağlanılmış elmi əməkdaşlığa dair Saziş əsasında həyata keçirilib.

 

E.İsgəndərli professor Dr.Massimo Turinonun rəhbərliyi ilə “Cryphonectria parasita göbələyinin populyasiyasında dsRNT-nin axtarışı və lakkaz aktivliyinin təyini” mövzusunda diplom işinin  bir hissəsini Davamlı Bitki Mühafizə İnstitutunda tədqiq edib. Təcrübə müddətində Azərbaycanın müxtəlif rayonlarından toplanmış şabalıd ağacında parazitlik edən invaziv Cryphonectria parasitica nümunələri muasir metodlarla araşdırılıb, dsRNT-nin ayrılması və real time PZR ilə səciyyələndirilməsi metodu öyrənilib.



01.10.2019 | 14:31