Çindəki Azərbaycan diasporunun nümayəndələri ADU-da olublar

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çindəki Azərbaycan diasporunun nümayəndələri, millətlərarası Azərbaycan-Çin ailəsinin üzvləri – Pərvanə Kazımova, Çində anadan olmuş oğulları Elcan və Elşən ilə görüş keçirilib.

 

P. Kazımova artıq on ildən çoxdur ki, Dalian şəhərinin aparıcı universitetlərinin magistraturasında, sonra isə doktoranturasında təhsil alaraq, ailəsinin Çinin ictimai həyatında iştirakından, övladlarının həm Azərbaycan adət-ənənələri ruhunda tərbiyə olunmasından, həm də Çinli həyat yoldaşının mədəni irsinə hörmətindən danışıb.

 

ADU Konfutsi İnstitutnun direktoru Rafiq Abbasov deyib ki, bu gün ADU tələbələri Çinin aparıcı ali məktəblərində nəinki müvəffəqiyyətlə təhsil alır , həm də burada tələbə gənclər həyatında fəal iştirak edirlər. O bildirib ki, Azərbaycan tarixinə, mədəniyyətinə, siyasətinə və iqtisadiyyatına həsr olunmuş tədbirlər müntəzəm təşkil olunur; Çin ictimaiyyətini Azərbaycanın müasir, inkişafda olan, tolerant ölkə kimi Böyük İpək Yolu üzərindəki nailiyyətləri ilə mütəmadi tanış edirlər. 



03.10.2019 | 12:09