“ Nə? Harada? Nə zaman? “oyununun qalibləri

Azərbaycan Dövlət Pedaqoji Universitetində Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçılığı və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə Müəllimlər gününə həsr edilmiş intellektual çoxnövlülük üzrə turnir keçirilib.Yarışda universitetin paytaxtla yanaşı,  Quba, Cəlilabad, Şəki və Şamaxı filiallarında təhsil alan tələbələrdən ibarət komandalar  iştirak ediblər.

 

Yarışmanın ilk mərhələsində "Nə? Harada? Nə zaman? " oyunu üzrə ümumilikdə 18 komanda mübarizə aparıb. Turun nəticələrinə əsasən, ilk 8 yeri tutan komandalar "Xəmsə" milli intellektual oyunu mərhələsinə vəsiqə qazanıb. Yekun nəticədə bütün komandaları qabaqlayan  Bakı təmsilçisilərindən  Fizika fakültəsininin tələbələrindən ibarət "Sirius" komandası yarışın qalibi olaraq çoxnövlülüyün kubokuna sahib olub.Cəlilabad filialını təmsil edən "Zəka" komandası II, Şəki filialının təmsilçisi "Anonim" komandası isə III yerin sahibi olub.

 

Qeyd edək ki, yarışa marağın çoxluğu nəzərə alınaraq, növbəti həftə yeni partiyanın təşkili nəzərdə tutulur.



07.10.2019 | 12:30