Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb

Stokholmda İsveç Kral Akademiyası tərəfindən 2019-cu il üzrə  fiziologiya və tibb sahəsində  Nobel mükafatı  laureatlarının adları elan olunub. 

 

Bu il yüksək elmi mükafata  amerikalı alimlər Ulyam Kellinq, Qreqq Semens, britaniyalı Peter Ratklif layiq görülüb. Alimlər xərçəngin müalicəsi mümkün olmayan formalarının öhdəsindən gəlməyin metodunu işləyib hazırlayıblar.

 

Tədqiqatçılar hüceyrə metabolizminə və fizioloji funksiyaya oksigen səviyyəsinin  təsir mexanizminin təməlini qoyublar.  Onların kəşfi  anemiya, xərçəng və bir çox digər xəstəliklərlə mübarizə üçün perspektivli yeni strategiyalara yol açır. 

 

Qeyd edək ki, 1 milyon dollar laureatlar arasında bölüşdürüləcək.


Oruc MUSTAFAYEV

 



07.10.2019 | 14:54