Kursantlar universitetdə

Daxili İşlər Nazirliyinin Polis Akademiyası və  Azərbaycan Texniki Universiteti (AzTU) arasında informasiya təhlükəsizliyi ilə əlaqəli bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində akademiyanın informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan bir qrup tələbəsi AzTU-nun qonağı olub.

 

Kursantlar bu ali məktəbin  imtahan otaqları, laboratoriyalar, muzeylər, server otaqları və “Telekommunikasiya sistemləri və informasiya təhlükəsizliyi” kafedrası ilə yaxından tanış olublar.

 

Kafedranın müdiri Mehman Həsənovun təhlükəsizliyin inkişafı üçün innovasiyalar  mövzusu üzrə məruzəsində  gələcəyin ən müasir texnologiyaları haqqında məlumat verilib.



07.10.2019 | 17:27