Ən yaxşı universitet olmaq üçün Tvinninq layihəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyinin Avropa Komissiyası ilə birgə keçirdiyi “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq Layihəsi çərçivəsində “Təlim nəticələrinin yazılması və qiymətləndirilməsi”  mövzusunda seminar keçirilib.

 

Seminarın məqsədi tədrisin müasir metodikası, təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi haqqında iştirakçılara məlumat verilməsidir.

 

Tədris işləri üzrə prorektor Eldar Aslanovun sözlərinə görə,  beynəlxalq layihələrdə iştirak etmək qarşıya qoyulan hədəf və məqsədlərə yaxınlaşmaq üçündür: ”Hədəfimiz təhsilin keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması, ölkənin və regionun ən yaxşı universitetlərindən biri olmaqdır. Bu baxımdan, Tvinninq layihəsi mühüm əhəmiyyət kəsb edir”.

 

Seminarda Tvinninq Layihəsinin eksperti Mara Jure (Latviya) Təlim nəticələrinin yazılması və qiymətləndirilməsinə dair təqdimatla çıxış edib. O deyib ki, təlimin  məqsədi müəllim fəaliyyətlərini səciyyələndirmək və tələbənin təlim nəticəsində əldə etdiklərini nümayiş etdirməkdir. 

 



08.10.2019 | 16:35