Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib

Oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı olub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

 

Kompleksin ərazisində inşa olunan məktəb binası ilə tanışlıq zamanı qeyd olunub ki, təhsil ocağı 780 şagird yerlikdir. Bütün zəruri avadanlıqla təchiz edilən binada şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli şərait yaradılıb.

 

Ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə təhsilin inkişafı istiqamətində atılan addımlardan doğma yurdlarından didərgin düşən soydaşlarımız da yüksək səviyyədə bəhrələnirlər. İndiyədək istifadəyə verilən bu cür şəhərciklərdə məcburi köçkün uşaqların təhsilini normal təmin etmək üçün müasir məktəblər yaradılıb. Bütün bunlar, ümumilikdə, ölkədə təhsilin yüksək səviyyədə olmasına xidmət edir, bu sahənin maddi-texniki bazasını möhkəmləndirir.

 

 

 



08.10.2019 | 13:30