Fakültələrarası idman yarışları başlayıb

Naxçıvan Dövlət Universitetində fakültələrarası idman yarışlarına start verilib.  

 

Əvvəlcə universitetin idman sahəsindəki son əhəmiyyətli uğurlarından bəhs edilib. Qazanılan nailiyyətlər ölkədə və muxtar respublikada idmanın inkişafına, gənclərin hərbi-vətənpərvərlik ruhunda, mənəvi və fiziki cəhətdən sağlam yetişməsinə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirilib. Universitetin rəhbərliyi yarış iştirakçılarına uğurlar arzulayıb.

 

Bədən tərbiyəsi və idman kafedrasının dosenti, idman klubunun sədri Məmmədəli Rəhimov bildirib ki, universitetdə tələbələrin fiziki tərbiyə ilə məşğul olması könüllülük prinsipinə əsaslanıb:”Bunun üçün universitetdə yaradılan idman klubunda 15 idman növü üzrə təcrübəli məşqçilərin rəhbərliyi altında dərsdənkənar məşğələlər təşkil edilir. Bu məşğələlərdə, həm idmanın kütləviliyinin artırılmasına, həm də yüksək dərəcəli idmançıların hazırlanmasına ciddi fikir verilir”.

 

İlk olaraq turnirə oğlanlar arasında voleybol yarışı ilə start verilib. Uduzan çıxır- prinsipi ilə 10 fakütə mübarizə aparıb. Final oyununda Pedaqoji və Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin komandası qarşılaşıb.  Pedaqoji fakültənin komandası qalib olub. 

 



09.10.2019 | 19:24